Yenilik.Az
www.Yenilik.Az » Ölkə » AQTA çörək istehsalı müəssisələrində keçirilən monitorinqlərin nəticəsini açıqlayıb

AQTA çörək istehsalı müəssisələrində keçirilən monitorinqlərin nəticəsini açıqlayıb

AQTA çörək istehsalı müəssisələrində keçirilən monitorinqlərin nəticəsini açıqlayıb
2023-04-03 , 11:16

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) çörək istehsalı müəssisələrində keçirilən monitorinqlərin nəticəsini açıqlayıb.

Yenilik.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, cari dövr ərzində 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə 108 nümunə götürülüb.
Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəklərdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.
Aşkar olunmuş uyğunsuzluqlarla bağlı 11 müəssisədə keçirilmiş plandankənar yoxlamalar zamanı 2 müəssisədə yoxlamanın nəticəsi qənaətbəxş olub. 9 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı 47 nöqsan aşkar edilib. Həmin nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Sözügedən müəssisələrdən 3-də ciddi pozuntular aşkar edildiyinə görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Laborator nəticələri uyğunsuz olan çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:
MüəssisəÜnvan
1"Magnat Group" MMCBakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a
2Fiziki şəxs Yusubova Təhminə Yusub qızıAbşeron rayonu, Məhəmmədi kəndi
3Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğluCəlilabad şəhəri, S.Vurğun küçəsi 30
4Fiziki şəxs Hacıyev Fazil Bəhlul oğluCəlilabad şəhəri, S.Vurğun küçəsi 7
5Fiziki şəxs Rəcəbov Qurban Malik oğluLənkəran şəhəri, H. Abdullayeva küçəsi 27
6Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızıGəncə şəhəri, N.Nərimanov küçəsi 54
7“Arizoğlu” MMCGəncə şəhəri, 1-ci mkr
8“Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsiFüzuli rayonu, Horadiz şəhəri
9"Bərdə-Çörək" ASCBərdə rayonu, S.Vurğun küçəsi 18
10Fiziki şəxs Məmmədova Arzu Nəsir qızıBərdə rayonu, M.Ə.Sabir və H.Aslanov küçələrinin kəsişməsi
11Əhmədov Elnur Namizəd oğluYevlax şəhəri, H.Əliyev prospekti 101
AQTA qeyd edir ki, laborator nəticələri uyğunsuz olan çörək məhsullarının istifadəyə yararlılığı qida təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.