Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Sumqayıtda kafedə nöqsanlar aşkarlanıb

Sumqayıtda kafedə nöqsanlar aşkarlanıb

Sumqayıtda kafedə nöqsanlar aşkarlanıb
2023-04-19 , 19:12

Sumqayıtda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb.

Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
AQTA əməkdaşları Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 20/29 ünvanında fəaliyyət göstərən fiziki şəxs Hüseynov Elçin Sovet oğluna məxsus “Nanə Pizza” kafesində keçirdikləri planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığını müəyyən ediblər.
Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan tullantı qablarından istifadə olunmadığı, bəzi məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi, temperatur rejiminə əməl olunmadığı və digər nöqsanlar aşkar olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.