Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bakıda qaydaları pozan çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Bakıda qaydaları pozan çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Bakıda qaydaları pozan çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb
2023-04-14 , 12:24

Bakıda fəaliyyət göstərən fiziki şəxs Əliyarov Vüqar İsmayıl oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Yenilik.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə və texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Araşdırmalar davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.