Əməliyyatdan sonra iflic olan aktyorun qızı: "Vəziyyəti həddən artıq ağırdır"

"Süni tənəffüs aparatına qoşuludur. Reanimasiyadadır. Vəziyyəti həddən artıq ağırdır, kritikdən də kritikdir".
Xatırladaq ki, Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin səhhətində problemlər yaranıb. Aktyor fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra aktyor hərəkət qabiliyyətini tamamilə itirib.