Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əməliyyatdan sonra iflic olan aktyorun qızı: "Vəziyyəti həddən artıq ağırdır"

Əməliyyatdan sonra iflic olan aktyorun qızı: "Vəziyyəti həddən artıq ağırdır"

Əməliyyatdan sonra iflic olan aktyorun qızı:
2025-03-11 , 15:13

Bir neçə gün öncə Yeni Klinikanın reanimasiya şöbəsinə yerləşdirilən Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyevin vəziyyəti açıqlanıb.

Aktyorun qızı Leyla Rəhimlinin Oxu.Az-a verdiyi məlumata görə, onun vəziyyəti çox ağırdır:
"Süni tənəffüs aparatına qoşuludur. Reanimasiyadadır. Vəziyyəti həddən artıq ağırdır, kritikdən də kritikdir".
Xatırladaq ki, Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin səhhətində problemlər yaranıb. Aktyor fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra aktyor hərəkət qabiliyyətini tamamilə itirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.