Qayda pozan sürücü “ChatGPT” sayəsində cərimə ödəməkdən xilas oldu – VİDEO

Belə ki, Almatı şəhərində sürücü xətti keçdiyinə görə cərimələnib. Lakin qabaqdakı yük avtomobili kəsişmədə dayanıb hərəkətə mane olduğuna görə minik maşınının sürücüsü qaydanı pozmağa məcbur olub.
Polis sürücünün bu əsaslandırmasını rədd edib. Bundan sonra həmin şəxs “ChatGPT”yə müraciət edib və məhkəməyə təqdim etmək üçün şikayət hazırlamağı istəyib. Sürücünün bu üsulu işə yarayıb və cərimə ləğv edilib.
Hazırda o, mülki məhkəmədə mənəvi zərərin ödənilməsini tələb edəcək.