Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qayda pozan sürücü “ChatGPT” sayəsində cərimə ödəməkdən xilas oldu – VİDEO

Qayda pozan sürücü “ChatGPT” sayəsində cərimə ödəməkdən xilas oldu – VİDEO

Qayda pozan sürücü “ChatGPT” sayəsində cərimə ödəməkdən xilas oldu – VİDEO
2025-03-18 , 15:32

Qazaxıstanda qayda pozan sürücü cərimələndikdən sonra süni intellektin köməyi ilə məhkəməyə müraciət edib.

Yenilik.az Bizim.Media-ya istinadən xəbər verir ki, süni intellektin yazdığı şikayət ərizəsi əsasında məhkəmə qərarı sürücünün xeyrinə ləğv edib.
Belə ki, Almatı şəhərində sürücü xətti keçdiyinə görə cərimələnib. Lakin qabaqdakı yük avtomobili kəsişmədə dayanıb hərəkətə mane olduğuna görə minik maşınının sürücüsü qaydanı pozmağa məcbur olub.
Polis sürücünün bu əsaslandırmasını rədd edib. Bundan sonra həmin şəxs “ChatGPT”yə müraciət edib və məhkəməyə təqdim etmək üçün şikayət hazırlamağı istəyib. Sürücünün bu üsulu işə yarayıb və cərimə ləğv edilib.
Hazırda o, mülki məhkəmədə mənəvi zərərin ödənilməsini tələb edəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.