Azərbaycanlı deputat Volkan Konakdan yazdı: Ürəktutmasında bunu etməlisiniz…

Bu barədə deputat, əməkdar həkim Rəşad Mahmudov Feysbuk sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, qəfil ürək dayanması hər yerdə – konsertdə, küçədə, məktəbdə, metroda, evimizdə – baş verə bilər. Və çox vaxt həyatı xilas edən, xəstəxana və ya həkim yox, ətrafdakı insanın ilk saniyələrdə müdaxiləsidir:
“Məlumat üçün bildirmək istəyirəm ki, dünənki kimi ani ürək dayanmasından sonra beyin və digər həyati orqanlara qan axını 3-5 dəqiqə ərzində bərpa olunmasa, daimi beyin zədəsi və ölüm riski artır. Ən gec bir dəqiqə içində başladılan CPR isə bu qan axımını müvəqqəti bərpa edərək xəstənin sağ qalma şansını 2-3 dəfə artırır. Ürək masajı və süni tənəffüs tətbiq etməyi bilmək, öyrənmək vacibdir”.