Siyavuş Novruzov uzun fasilədən sonra Məclisə gəldi
Bundan öncə isə Siyavuş Novruzovun idmanda aldığı zədə səbəbindən ayağında problemlər yarandığı, bu səbəbdən müalicə kursu qəbul etdiyi bildirilirdi.
S.Novruzov özü bu barədə mətbuatda yazılanlara reaksiyasında bildiribi ki, ayağının sağalmasını gözləyib. Komitə sədri artıq özünü normal hiss etdiyini bildirib və bu barədə əlavə açıqlamaya ehtiyac duymayıb. Yalnız “gərək ayağım sağalaydı ki, iclasa qatılaydım”, - deməklə kifayətlənib.
Xatırladaq ki, Siyavuş Novruzov sonuncu dəfə parlamentin fevralın 3-də keçirilən plenar iclasında iştirak edib.
