Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Siyavuş Novruzov uzun fasilədən sonra Məclisə gəldi

Siyavuş Novruzov uzun fasilədən sonra Məclisə gəldi

Siyavuş Novruzov uzun fasilədən sonra Məclisə gəldi
2025-04-22 , 17:55

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında iştirak edir.

Yenilik.az musavat.com-a istinadla xəbər verir ki, komitə sədrinin son bir neçə iclasda iştirak etməməsi barədə məlumat yayılmışdı.
Bundan öncə isə Siyavuş Novruzovun idmanda aldığı zədə səbəbindən ayağında problemlər yarandığı, bu səbəbdən müalicə kursu qəbul etdiyi bildirilirdi.
S.Novruzov özü bu barədə mətbuatda yazılanlara reaksiyasında bildiribi ki, ayağının sağalmasını gözləyib. Komitə sədri artıq özünü normal hiss etdiyini bildirib və bu barədə əlavə açıqlamaya ehtiyac duymayıb. Yalnız “gərək ayağım sağalaydı ki, iclasa qatılaydım”, - deməklə kifayətlənib.
Xatırladaq ki, Siyavuş Novruzov sonuncu dəfə parlamentin fevralın 3-də keçirilən plenar iclasında iştirak edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.