Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama

“Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır” - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə Afaq Əliyevanın səs yazısı yayılıb. Direktor həmin səs yazısında məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir. Lalə Şəfaqətova isə direktora bundan çəkindiyini bildirir.