Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama

Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama

Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
2025-05-21 , 22:12

Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
“Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır” - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə Afaq Əliyevanın səs yazısı yayılıb. Direktor həmin səs yazısında məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir. Lalə Şəfaqətova isə direktora bundan çəkindiyini bildirir.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.