Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M.Topçubaşov küçəsi, ev 246 ünvanında yaşayan sakinlər qonşuluqda yerləşən qalmaqallı Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarovanı məhkəməyə veriblər.
Bu barədə Bakupost.az -a sakinlərdən Zəminə Zahirova bildirib.
O qeyd edib ki, vaxtilə məktəb qaçqın uşaqların təhsil alması bəhanəsi ilə gecə ikən qondarılıb:
"Elə o vaxtdan bizim rahatlığımız pozuldu. Çünki məktəbə gedən yol bələdiyyə işçiləri tərəfindən satıldı və onun yerində obyekt tikildi. Nəticədə bir tərəfi uçurum olan, digər tərəfində obyekt tikilən məktəb yolsuz qaldı. O vaxt humanizm naminə direktor Piyalə Xudayarovanın xahişini nəzər alaraq, öz həyətimizdən məktəbə çığır ayırdıq. Ancaq bir müddət sonra direktor və müəllimlər həmin yoldan məktəbə avtomobillərlə gedib-gəlməyə başladılar. Bundan sonra da problemlər başladı".

Qapılarının küçəyə açıldığını, evdə azyaşlı uşaqların olduğunu deyən Z.Zahirovanın sözlərinə görə, direktor və müəllimlərin onların həyətindən avtomobillə keçib getməsi uşaqların həyatına təhlükə yaradır:

"Bu səbəbdən dəfələrlə həyətdən avtomobil yolu kimi istifadə edilməsinə etiraz etsək də, məktəb rəhbərliyi buna məhəl qoymadı. Bu azmış kimi direktor məktəbin darvazasını qanunsuz olaraq mənim evimə bərkidib. Neçə vaxtdır evimə bərkidilən darvazanın oradan götürülməsini tələb etsəm də, xeyri yoxdur".
Z.Zahirova qeyd edib ki, o, dəfələrlə məsələ ilə bağlı Elm və Təhsil naziri Emin Əmrullayevə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlova direktorun özbaşınalıqlarına son qoyulması ilə bağlı müraciət edib:

"Dəfələrlə Fuad Bədəlovun qəbulunda da olmuşuq. Hər dəfə problemi həll edəcəyini bildirsə də, heç bir tədbir görməyib. Halbuki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məktəbin qanunsuz tikildiyini təsdiqləyiblər. Dövlət qurumları ilə yazışmalardan sonra məktəbin köçürülməsi məsələsi gündəmə gəlib. İndi bundan qorxuya düşən məktəb direktoru öz qanunsuz əməllərini ört-basdır etmək üçün şəhid adı ilə manipulyasiya edir. Piyalə Xudayarova Badamdar Laçın qaçqın məktəbini şəhid Etibar Nəcəfovun adı ilə əlaqələndirərək, məktəbin şəhid statuslu olduğunu bildirir.

Ancaq bu hadisələrə qədər məktəbin şəhid Etibar Nəcəfovun adını daşıdığına dair heç bir məlumat yox idi, məktəbə belə lövhə vurulmamışdı. Ümumiyyətlə, məktəbə şəhidin adının verilməsinə dair qərar varmı? Bu qərarı kim imzalayıb? Məsələnin son vaxtlar gündəmə gətirilməsi onu deməyə əsas verir ki, Piyalə Xudayarovanı şəhidlər düşündürmür. Açıq şəkildə şəhid adından istifadə edərək,bizi evimizi sökməklə, torpağımızı məktəbin ərazisinə birləşdirməklə hədə-qorxu gələrək yaşamağımıza ciddi təhlükə yaradır. Həmin ünvanda cəmi üç ailə yaşayır. Piyalə Xudayarova bizimlə nəinki yola getmir, üstəlik yaxın qonşularla da münasibətlərimizi korlamaq, torpağımızı əlimizdən almaq niyyətinə çatmaq istəyir. O, tabeçiliyində olan işçiləri vasitəsilə daim bizə təziq göstərir. Hətta şər-böhtan atmaqdan belə çəkinmir. Biz haqqımızı tələb edirik deyə qaynım Nadir Zahirovu şərləyir, deyir, guya, o, çılpaq gəzir, şagirdlərin psixologiyasını pozur. Halbuki belə hərəkətlər bizim tərbiyəmizə yaddır. Utanmadan bizə böhtan atır. Məktəb direktoru da özünü bu səviyyəyə çatdırar? Bu cür davranışla o, məktəbdəki uşaqlara necə təlim-tərbiyə verəcək?"
Direktorun səs yazısı
Z.Zahirova sonda onu da qeyd edib ki, Elm və Təhsil Nazirliyinə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə çoxsaylı müraciətlərinə, müvafiq dövlət orqanlarının təxliyyə yolu olmayan məktəbin qanunsuz tikilməsinə dair rəyinə baxmayaraq, məsələ həll olunmayıb:
"Bu səbəbdən məcbur qalıb Baş Prokuror Kamran Əliyevə və məhkəməyə müraciət etdik. Aprelin 24-də iddiamıza hakim Rəna Qafarovanın sədrliyi ilə Səbail rayon məhkəməsində baxılacaq".
Zaur, BakuPost




OXŞAR XƏBƏRLƏR

Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları
Olimpiada qalmaqalı: "Təhsil İnstitutunun izahları yanlışdır" - Professordan növbəti ittihamlar
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55