İnfluenser və blogerlərin işi çətinləşdi - VERGİ ÖDƏYƏCƏKLƏR

Bakupost.az xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas sosial hesabında yazıb.
“Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq adlandırıldı. Qanun isə artıq qüvvəyə mindi”, - deyə əlavə edib.