Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İnfluenser və blogerlərin işi çətinləşdi - VERGİ ÖDƏYƏCƏKLƏR

İnfluenser və blogerlərin işi çətinləşdi - VERGİ ÖDƏYƏCƏKLƏR

İnfluenser və blogerlərin işi çətinləşdi - VERGİ ÖDƏYƏCƏKLƏR
2025-05-23 , 15:06

"Bundan sonra hər bir influenser və ya bloger sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydini əlavə etməlidir".


Bakupost.az xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas sosial hesabında yazıb.

“Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq adlandırıldı. Qanun isə artıq qüvvəyə mindi”, - deyə əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.