Tahir Kərimli: "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azercell”ə xəbərdarlıq etməlidir, qiymət artımına imkan verilməməlidir"

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
“Təbii ki, insanlar başqa özəl şirkətlərdən istifadə edə bilərlər, amma təəssüf ki, bizdə bu say o qədər də çox deyil. Cəmi üç mobil operator var. Təəssüf edirəm. “Azercell”in yeni qərarını narazılıqla qarşıladım. Düşünürəm, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələyə müdaxilə etməlidir. Şirkətə xəbərdarlıq etməlidir, qiymət artımına imkan verməməlidir. “Azercell” elə kasıb şirkət deyil ki, maliyyə çətinlikləri ilə qarşılaşsın. Bu şirkət Azərbaycan büdcəsinə çox böyük miqdarda vergi ödəyir. Eyni zamanda kifayət qədər iri həcmdə gəlirləri var. Azərbaycanda ən böyük gəliri olan şirkətlərdən biridir. Buna görə də qiymət artımına heç cür bəraət qazandırmaq olmaz”, - T.Kərimli bildirib.