Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tahir Kərimli: "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azercell”ə xəbərdarlıq etməlidir, qiymət artımına imkan verilməməlidir"

Tahir Kərimli: "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azercell”ə xəbərdarlıq etməlidir, qiymət artımına imkan verilməməlidir"

Tahir Kərimli:
2025-06-03 , 14:53

“Bir şeyə təəssüf edirəm, sanki Azərbaycanda qiymət artırma yarışına giriblər. Əlbəttə, bunun başında Tarif Şurası durur. Göründüyü kimi, özəl şirkətlər də bundan geridə qalmaq istəmirlər. İnhisarçılığa malik “Azercell” mobil operatorunun qiymətləri bu cür artırması çox ciddi narahatlığa səbəb oldu. Təsəvvür edin, başqa özəl şirkətlərdə bəzən 3 manat ödəyəndə abunəçinin xətti bir-iki ay açıq qalır. İndi isə 2 manat ödəsən, cəmi bir gün açıq qalacaq. Xəttin 25 gün açıq qalması üçün gərək 50, əlli gün üçün 100 manata qədər vəsait ödəyəsən. Bu nə deməkdir? Hansı astronomiyadır?”

 
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
 
“Təbii ki, insanlar başqa özəl şirkətlərdən istifadə edə bilərlər, amma təəssüf ki, bizdə bu say o qədər də çox deyil. Cəmi üç mobil operator var. Təəssüf edirəm. “Azercell”in yeni qərarını narazılıqla qarşıladım. Düşünürəm, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələyə müdaxilə etməlidir. Şirkətə xəbərdarlıq etməlidir, qiymət artımına imkan verməməlidir. “Azercell” elə kasıb şirkət deyil ki, maliyyə çətinlikləri ilə qarşılaşsın. Bu şirkət Azərbaycan büdcəsinə çox böyük miqdarda vergi ödəyir. Eyni zamanda kifayət qədər iri həcmdə gəlirləri var. Azərbaycanda ən böyük gəliri olan şirkətlərdən biridir. Buna görə də qiymət artımına heç cür bəraət qazandırmaq olmaz”, - T.Kərimli bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.