Qurbanlıq bazarında vəziyyət “qızışdı”: Qiymətlər qalxdı...

Satıcıların sözlərinə görə, adətən qurbanlıq quzuların çəkisi 28-35 kiloqram arasında olur. Bu da bir heyvanın ümumi qiymətinin təxminən 300-385 manat arasında dəyişməsinə səbəb olur.
Qiymət artımı əsasən yem və nəqliyyat xərclərinin yüksəlməsi ilə əlaqələndirilir. Alıcılar isə son gün olmasına baxmayaraq, bəzi yerlərdə qiymətlərin bir qədər də artdığını bildirirlər.