Qurbanlıq bazarında vəziyyət “qızışdı”: Qiymətlər qalxdı...

Bu gün Qurban bayramının ilk günüdür. Bayram münasibətilə Bakıda qurbanlıq heyvanların satışı ən yüksək həddə çatıb.“Yeni Sabah”ın satış məntəqələrindən əldə etdiyi məlumata görə, qiymətlərdə artım müşahidə olunur.
Satıcıların sözlərinə görə, adətən qurbanlıq quzuların çəkisi 28-35 kiloqram arasında olur. Bu da bir heyvanın ümumi qiymətinin təxminən 300-385 manat arasında dəyişməsinə səbəb olur.
Qiymət artımı əsasən yem və nəqliyyat xərclərinin yüksəlməsi ilə əlaqələndirilir. Alıcılar isə son gün olmasına baxmayaraq, bəzi yerlərdə qiymətlərin bir qədər də artdığını bildirirlər.
OXŞAR XƏBƏRLƏR