TƏBİB deputatın oğluna icarəyə görə 392 min ödəyəcək
TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi ofis və anbar icarəyə götürür.Qurum bunun üçün fərdi sahibkar Orxan Cavanşirlə müqavilə bağlayaraq 392 000 AZN ödəyib. Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd: O.Cavanşir deputat Cavanşir Feyziyevin oğludur. Sahibkarın adı “çirkli pullar”ın yuyulmasında hallanıb. 2021-ci ildə Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi Feyziyevlərin bank hesablarına yatırılan 15 milyon funt sterlinqin “çirkli pul” olduğunu açıqlayıb.
