Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » TƏBİB deputatın oğluna icarəyə görə 392 min ödəyəcək

TƏBİB deputatın oğluna icarəyə görə 392 min ödəyəcək

TƏBİB deputatın oğluna icarəyə görə 392 min ödəyəcək
2025-10-14 , 17:57

TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi ofis və anbar icarəyə götürür.

Tribunainfo.az Pravda.az-a istinadən xəbər verir ki, obyektin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142 D ünvanıdır, ümumi sahəsi 12,552.30 kvadratmetrdir.
Qurum bunun üçün fərdi sahibkar Orxan Cavanşirlə müqavilə bağlayaraq 392 000 AZN ödəyib. Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd: O.Cavanşir deputat Cavanşir Feyziyevin oğludur. Sahibkarın adı “çirkli pullar”ın yuyulmasında hallanıb. 2021-ci ildə Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi Feyziyevlərin bank hesablarına yatırılan 15 milyon funt sterlinqin “çirkli pul” olduğunu açıqlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.