Qərbi Kaspi Universitetinin bioloq tələbələri “Ellab Diaqnostik” mərkəzində təcrübə keçdilər.
Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi Təbiət Elmləri kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva ingilis dili bölməsinin 3-cü kurs bioloq tələbələri ilə birlikdə “Ellab Diaqnostik” mərkəzində oldular. Səfər “Enzimologiya” fənni çərçivəsində təşkil olunmuşdur.Tələbələrə həmçinin laboratoriyada istifadə olunan müasir cihaz və avadanlıqlar barədə də geniş məlumat təqdim olundu.
Təcrübə zamanı “Enzimologiya” fənninə dair müvafiq mövzuda S. Nuriyeva və laboratoriya əməkdaşlarının birgə mühazirəsi təşkil edildi. Mühazirə zamanı tələbələr nəzəri biliklərini praktiki nümunələrlə möhkəmləndirmək imkanı əldə etdilər.
Sonda, bir neçə tələbənin “Ellab Diaqnostik” mərkəzində praktika keçmələri barədə razılıq əldə olundu.

