Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetinin bioloq tələbələri “Ellab Diaqnostik” mərkəzində təcrübə keçdilər.

Qərbi Kaspi Universitetinin bioloq tələbələri “Ellab Diaqnostik” mərkəzində təcrübə keçdilər.

Qərbi Kaspi Universitetinin bioloq tələbələri “Ellab Diaqnostik” mərkəzində təcrübə keçdilər.
2025-10-29 , 17:32

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi Təbiət Elmləri kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva ingilis dili bölməsinin 3-cü kurs bioloq tələbələri ilə birlikdə “Ellab Diaqnostik” mərkəzində oldular. Səfər “Enzimologiya” fənni çərçivəsində təşkil olunmuşdur.

Təcrübə zamanı mərkəzin əməkdaşları tələbələrə laboratoriyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdilər. Əvvəlcə əsas laboratoriyada biokimyəvi testlər, hormon, hematologiya və koaqulasiya analizləri, daha sonra isə İmmunologiya və serologiya, Spesifik biokimya (metabolizma) testləri, zülal biokimyası, mikrobiologiya, molekulyar mikrobiologiya (PCR) və molekulyar biologiya sahələrində aparılan analizlərlə tanışlıq həyata keçirildi.
Tələbələrə həmçinin laboratoriyada istifadə olunan müasir cihaz və avadanlıqlar barədə də geniş məlumat təqdim olundu.
Təcrübə zamanı “Enzimologiya” fənninə dair müvafiq mövzuda S. Nuriyeva və laboratoriya əməkdaşlarının birgə mühazirəsi təşkil edildi. Mühazirə zamanı tələbələr nəzəri biliklərini praktiki nümunələrlə möhkəmləndirmək imkanı əldə etdilər.
Sonda, bir neçə tələbənin “Ellab Diaqnostik” mərkəzində praktika keçmələri barədə razılıq əldə olundu.
  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.