Qərbi Kaspi Universitetinin əcnəbi tələbələri Abşeron turunda iştirak ediblər
Qərbi Kaspi Universitetinin Azərbaycan dili Hazırlıq kursunun əcnəbi tələbələri üçün maarifləndirici səfər təşkil olunub.Səfərdə ABŞ, Koreya, Pakistan və Boliviyadan olan tələbələr iştirak edərək Azərbaycan mədəniyyəti, tarixi və coğrafiyası ilə yaxından tanış olublar.
Tələbələr səfər boyunca təəssüratlarını paylaşaraq, gördükləri qədim abidələr və təbiət möcüzələrinin onlarda dərin təsir yaratdığını bildiriblər.
