Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetinin əcnəbi tələbələri Abşeron turunda iştirak ediblər

Qərbi Kaspi Universitetinin əcnəbi tələbələri Abşeron turunda iştirak ediblər

Qərbi Kaspi Universitetinin əcnəbi tələbələri Abşeron turunda iştirak ediblər
2025-11-04 , 17:12

Qərbi Kaspi Universitetinin Azərbaycan dili Hazırlıq kursunun əcnəbi tələbələri üçün maarifləndirici səfər təşkil olunub.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşəbbüsü ilə reallaşan Abşeron turu çərçivəsində tələbələr Qobustan qoruğu, Palçıq vulkanları, Yanar Dağ və Atəşgah məbədi kimi Azərbaycanın tarixi və təbii məkanlarını ziyarət ediblər.
Səfərdə ABŞ, Koreya, Pakistan və Boliviyadan olan tələbələr iştirak edərək Azərbaycan mədəniyyəti, tarixi və coğrafiyası ilə yaxından tanış olublar.
Tələbələr səfər boyunca təəssüratlarını paylaşaraq, gördükləri qədim abidələr və təbiət möcüzələrinin onlarda dərin təsir yaratdığını bildiriblər.
              

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.