“Dünyagöz Bakı” Xəstəxanasının 630 min manat vergi borcunu yaranıb
“Dünya Göz Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə yarım milyon manatdan artıq vergi borcu yaranıb.“Dünya Göz Azərbaycan” MMC-nin qanuni təmsilçisi Adem Esgürdür. Şirkətin nizamnamə kapitalı 10 min manat məbləğində göstərilib.
Adem Esgür bir neçə ölkədə fəaliyyət göstərən “Dünyagöz Xəstəxanalar Qrupu”nun İdarə Heyəti sədrinin müavinidir.
Qrupun Türkiyədə 10-dan çox xəstəxanası fəaliyyət göstərir. “Dünyagöz” brendi altında həmçinin Almaniya, Gürcüstan, Niderland və digər ölkələrdə də tibb müəssisələri mövcuddur.
Türkiyənin nəhəng səhiyyə şirkətlərindən biri olan “Dünyagöz Xəstəxanalar Qrupu”nun əsas pay sahibi tanınmış iş adamı Eray Kapıcıoğludur. Azərbaycandakı “Dünyagöz” xəstəxanasının qanuni təmsilçisi olan Adem Esgürün isə şirkətdəki payı 1 faizə yaxındır.
Teleqraf
