Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Dünyagöz Bakı” Xəstəxanasının 630 min manat vergi borcunu yaranıb

“Dünyagöz Bakı” Xəstəxanasının 630 min manat vergi borcunu yaranıb

“Dünyagöz Bakı” Xəstəxanasının 630 min manat vergi borcunu yaranıb
2025-11-13 , 15:26

“Dünya Göz Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə yarım milyon manatdan artıq vergi borcu yaranıb.

Yenilik.az xəbər verir ki, “Dünyagöz Bakı” Xəstəxanasının bu günə olan vergi borcu 630 min manat təşkil edir. Məlumata görə, xəstəxananın vergi borcu hər ay artmaqda davam edir.
“Dünya Göz Azərbaycan” MMC-nin qanuni təmsilçisi Adem Esgürdür. Şirkətin nizamnamə kapitalı 10 min manat məbləğində göstərilib.
Adem Esgür bir neçə ölkədə fəaliyyət göstərən “Dünyagöz Xəstəxanalar Qrupu”nun İdarə Heyəti sədrinin müavinidir.
Qrupun Türkiyədə 10-dan çox xəstəxanası fəaliyyət göstərir. “Dünyagöz” brendi altında həmçinin Almaniya, Gürcüstan, Niderland və digər ölkələrdə də tibb müəssisələri mövcuddur.
Türkiyənin nəhəng səhiyyə şirkətlərindən biri olan “Dünyagöz Xəstəxanalar Qrupu”nun əsas pay sahibi tanınmış iş adamı Eray Kapıcıoğludur. Azərbaycandakı “Dünyagöz” xəstəxanasının qanuni təmsilçisi olan Adem Esgürün isə şirkətdəki payı 1 faizə yaxındır.
Teleqraf

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.