BDU-nun 1 saylı korpusu təmirə bağlanır? - İDDİA
Sosial şəbəkələrdə yayılan məlumata görə, yanvar ayından etibarən Bakı Dövlət Universitetinin (BDU) 1 saylı tədris korpusu təmirə bağlanacaq.Məlumatlarda təmir qərarının tələbələrin təhlükəsizliyini təmin etmək və tədris şəraitini yaxşılaşdırmaq məqsədi daşıdığı qeyd olunur.
Məsələ ilə bağlı BDU-ya rəsmi müraciət etdik və təhsil ocağından hələlik bu barədə qərar olmadığı bildirildi.
