Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » BDU-nun 1 saylı korpusu təmirə bağlanır? - İDDİA

BDU-nun 1 saylı korpusu təmirə bağlanır? - İDDİA

BDU-nun 1 saylı korpusu təmirə bağlanır? - İDDİA
2025-11-19 , 21:16

Sosial şəbəkələrdə yayılan məlumata görə, yanvar ayından etibarən Bakı Dövlət Universitetinin (BDU) 1 saylı tədris korpusu təmirə bağlanacaq.

Yenilik.az BAKU.WS-ə istinadla xəbər verir ki, iddiada sessiya dövründə tələbələrin imtahanlarını digər tədris binalarında verəcəyi, sessiya başa çatdıqdan sonra isə dərslərin digər təhsil ocağında davam etdiriləcəyi bildirilir.

Məlumatlarda təmir qərarının tələbələrin təhlükəsizliyini təmin etmək və tədris şəraitini yaxşılaşdırmaq məqsədi daşıdığı qeyd olunur.

Məsələ ilə bağlı BDU-ya rəsmi müraciət etdik və təhsil ocağından hələlik bu barədə qərar olmadığı bildirildi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.