Qərbi Kaspi Universitetinin doktorantı elmi seminar keçirib
Mütəxəssis vurğulayıb ki, patent iddia sənədləri ilə mövcud texnika arasındakı semantik oxşarlığın ölçülməsi üçün strukturlaşdırılmış və kəmiyyətcə qiymətləndirilə bilən yanaşmaların tətbiqi daha effektiv nəticələr verir. Onun təqdim etdiyi model ümumi NLP yanaşmalarına nisbətən, xüsusilə mexaniki sahələrdə, patent mətnlərinin texniki və strukturlaşdırılmış xüsusiyyətlərini daha dəqiq əks etdirir.
Aparılan tədqiqatın nəticələri göstərib ki, strukturlaşdırılmış açar sözlərə əsaslanan axtarış və ağırlıqlı sinonim lüğətindən istifadə əvvəlki texnikanın müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində dəqiqliyi xeyli artırır. Bu yanaşma patent qabiliyyətinin ilkin qiymətləndirilməsində ekspertlər üçün həm real, həm də miqyaslana bilən bir həll kimi təqdim olunur.

