Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetinin doktorantı elmi seminar keçirib

Qərbi Kaspi Universitetinin doktorantı elmi seminar keçirib

Qərbi Kaspi Universitetinin doktorantı elmi seminar keçirib
2025-11-23 , 17:20

Qərbi Kaspi Universitetinin İnformasiya Texnologiyaları kafedrasının müəllimi və doktorantı Rzaquliyev Əlixan “Çəkili terminlərə əsaslanan riyazi modellərdən istifadə edərək patent axtarışının avtomatlaşdırılması” mövzusunda elmi seminar keçirib.

Seminar zamanı hazırda patent axtarışında tətbiq olunan üsullar, onların imkanları və məhdudiyyətləri haqqında ətraflı məlumat verilib.Qeyd olunub ki, patent iddia sənədində əsas hüquqi-mühafizə həcmini onun düsturu müəyyən edir və yeniliklə ixtiraçılıq səviyyəsinin qiymətləndirilməsi üçün aparılan patent axtarışı bu düsturların düzgün təhlilinə əsaslanır.
Mütəxəssis vurğulayıb ki, patent iddia sənədləri ilə mövcud texnika arasındakı semantik oxşarlığın ölçülməsi üçün strukturlaşdırılmış və kəmiyyətcə qiymətləndirilə bilən yanaşmaların tətbiqi daha effektiv nəticələr verir. Onun təqdim etdiyi model ümumi NLP yanaşmalarına nisbətən, xüsusilə mexaniki sahələrdə, patent mətnlərinin texniki və strukturlaşdırılmış xüsusiyyətlərini daha dəqiq əks etdirir.
Aparılan tədqiqatın nəticələri göstərib ki, strukturlaşdırılmış açar sözlərə əsaslanan axtarış və ağırlıqlı sinonim lüğətindən istifadə əvvəlki texnikanın müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində dəqiqliyi xeyli artırır. Bu yanaşma patent qabiliyyətinin ilkin qiymətləndirilməsində ekspertlər üçün həm real, həm də miqyaslana bilən bir həll kimi təqdim olunur.

 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.