AYNA telekanal açır?- Qəribə tender
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maraqlı bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu “İT avadanlıqları və lisenziyaların” satın alınmasını reallaşdıracaq.Alınacaq malların siyahısına diqqət etddikdə isə belə məlum olur ki, AYNA özünə telekanal açmaq fikrindədir. Belə ki, satın alınacaq mallar arasında səs yazılarının montaj avadanlığı, kameralar, ştativlər, üzərində “Ayna” sözü yazılmış mikrofonlar, habelə dronlar mövcudddur. Həmçinin onların arasında müxbirlər üçün simsiz əl mikrofonları da nəzərədə tutulub.
Bakının və ölkənin ictimai nəqliyyatından məsul olan AYNA-nın TV açmaq qərarına gəlməsinin dəqiq səbəbi məlum deyil.
