Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » AYNA telekanal açır?- Qəribə tender

AYNA telekanal açır?- Qəribə tender

AYNA telekanal açır?- Qəribə tender
2025-11-27 , 16:33

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maraqlı bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu “İT avadanlıqları və lisenziyaların” satın alınmasını reallaşdıracaq.

“CASPEL” MMC ilə bağlanılmış müqavilənin dəyəri isə 2 milyon 33 min 646 manat təşkil edir.
Alınacaq malların siyahısına diqqət etddikdə isə belə məlum olur ki, AYNA özünə telekanal açmaq fikrindədir. Belə ki, satın alınacaq mallar arasında səs yazılarının montaj avadanlığı, kameralar, ştativlər, üzərində “Ayna” sözü yazılmış mikrofonlar, habelə dronlar mövcudddur. Həmçinin onların arasında müxbirlər üçün simsiz əl mikrofonları da nəzərədə tutulub.
Bakının və ölkənin ictimai nəqliyyatından məsul olan AYNA-nın TV açmaq qərarına gəlməsinin dəqiq səbəbi məlum deyil.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.