Qərbi Kaspi Universitetində yeni dərsliyin təqdimatı keçirilib
Qərbi Kaspi Universitetinin Elmi Kitabxanasında dekabrın 10-da universitetin nəşri olan “Mülki müdafiə” (Fövqəladə hallarla bağlı davranış qaydaları) adlı yeni dərsliyin təqdimatı keçirilib.Təqdimatda fakültə və kafedranın müəllimləri, eləcə də universitetin müxtəlif struktur bölmələrinin əməkdaşları iştirak edərək dərsliyin məzmunu, strukturu və tədris prosesində tətbiq imkanları barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, ölkəmizdə “Mülki müdafiə” mövzusunda dərsliklərin çatışmazlığı fonunda bu nəşr ali təhsil müəssisələri üçün olduqca dəyərli mənbədir.
Müəllimlər dərsliyin fövqəladə hallarda davranış qaydalarını sistemli şəkildə izah etməsi, praktiki tövsiyələr təqdim etməsi və müasir tələblərə uyğun hazırlanması ilə seçildiyini vurğulayıblar.
Sonda müəllifə təşəkkür edilib və dərsliyin tədris prosesində geniş istifadəsi tövsiyə olunub.





