Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetində yeni dərsliyin təqdimatı keçirilib

Qərbi Kaspi Universitetində yeni dərsliyin təqdimatı keçirilib

Qərbi Kaspi Universitetində yeni dərsliyin təqdimatı keçirilib
2025-12-15 , 18:18

Qərbi Kaspi Universitetinin Elmi Kitabxanasında dekabrın 10-da universitetin nəşri olan “Mülki müdafiə” (Fövqəladə hallarla bağlı davranış qaydaları) adlı yeni dərsliyin təqdimatı keçirilib.

“Ekologiya və ətraf mühit” kafedrasının müəllimi Elşən Əmrahovun müəllifi olduğu bu dərslik ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Təqdimatda fakültə və kafedranın müəllimləri, eləcə də universitetin müxtəlif struktur bölmələrinin əməkdaşları iştirak edərək dərsliyin məzmunu, strukturu və tədris prosesində tətbiq imkanları barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, ölkəmizdə “Mülki müdafiə” mövzusunda dərsliklərin çatışmazlığı fonunda bu nəşr ali təhsil müəssisələri üçün olduqca dəyərli mənbədir.
 Müəllimlər dərsliyin fövqəladə hallarda davranış qaydalarını sistemli şəkildə izah etməsi, praktiki tövsiyələr təqdim etməsi və müasir tələblərə uyğun hazırlanması ilə seçildiyini vurğulayıblar.
Sonda müəllifə təşəkkür edilib və dərsliyin tədris prosesində geniş istifadəsi tövsiyə olunub.
 







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.