“Prezidentə yönələn təxribat Azərbaycan xalqına qarşı hücumdur” - Video
Ötən gün xaricdə yaşayan bir neçə antimilli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib.Təsadüfi deyil ki, qeyri-etik aksiyaya açıq dəstək birinci ANCA-dan gəldi. Bu fakt həmin qüvvələrin hansı mərkəzdən yönləndirildiyini bir daha sübut edir.
Azərbaycan Prezidentinə qarşı yönələn hər hansı təxribat əslində bütün Azərbaycan xalqına yönəlmiş hücumdur. Bu cür iyrənc təxribatlar xalqın iradəsini sındırmaq məqsədi daşıyır. Lakin onlar unudurlar ki, Azərbaycan xalqı öz dövlətinin, liderinin yanındadır və bu cür ucuz ssenarilərlə milli iradəni qırmaq mümkün deyil.
