Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Prezidentə yönələn təxribat Azərbaycan xalqına qarşı hücumdur” - Video

“Prezidentə yönələn təxribat Azərbaycan xalqına qarşı hücumdur” - Video

“Prezidentə yönələn təxribat Azərbaycan xalqına qarşı hücumdur” - Video
2026-02-20 , 15:33

Ötən gün xaricdə yaşayan bir neçə antimilli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib.

“Qafqazinfo”nun məlumatına görə, Vaşinqtonda fəaliyyət göstərən həmin antimilli qüvvələr ABŞ-dəki erməni dairələrinin əlaltısı kimi çıxış edir.
Təsadüfi deyil ki, qeyri-etik aksiyaya açıq dəstək birinci ANCA-dan gəldi. Bu fakt həmin qüvvələrin hansı mərkəzdən yönləndirildiyini bir daha sübut edir.
Azərbaycan Prezidentinə qarşı yönələn hər hansı təxribat əslində bütün Azərbaycan xalqına yönəlmiş hücumdur. Bu cür iyrənc təxribatlar xalqın iradəsini sındırmaq məqsədi daşıyır. Lakin onlar unudurlar ki, Azərbaycan xalqı öz dövlətinin, liderinin yanındadır və bu cür ucuz ssenarilərlə milli iradəni qırmaq mümkün deyil.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.