"Gələcəkdə vəkillərin sayının 4-5 minə çatacağı gözlənilir" - Anar Bağırov
O bildirib ki, getdikcə vəkillərin sayı artır və artım tempi göz qabağındadır.
Sədrin sözlərinə görə, ilin sonuna yaxın vəkillərin sayı 3 mini keçəcək, gələcəkdə isə bu rəqəmin 4-5 minə çatacağı gözlənilir.
"Əsas məqsədimiz ölkədə hər kəs üçün keyfiyyətli hüquqi yardımın əlçatan olmasıdır. Bu, bizim üçün çox önəmlidir", - Anar Bağırov vurğulayıb.
