Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Gələcəkdə vəkillərin sayının 4-5 minə çatacağı gözlənilir" - Anar Bağırov

"Gələcəkdə vəkillərin sayının 4-5 minə çatacağı gözlənilir" - Anar Bağırov

2026-03-14 , 15:21

"Bu gün Vəkillər Kollegiyası ölkədə hüquqşünasların birləşdiyi ən böyük peşə təşkilatıdır".

Yenilik.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.
O bildirib ki, getdikcə vəkillərin sayı artır və artım tempi göz qabağındadır.
Sədrin sözlərinə görə, ilin sonuna yaxın vəkillərin sayı 3 mini keçəcək, gələcəkdə isə bu rəqəmin 4-5 minə çatacağı gözlənilir.
"Əsas məqsədimiz ölkədə hər kəs üçün keyfiyyətli hüquqi yardımın əlçatan olmasıdır. Bu, bizim üçün çox önəmlidir", - Anar Bağırov vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.