Maştağada yağış sularının kənarlaşdırılması üçün 18 metrlik xətt təmir olundu - VİDEO
Sabunçu rayonunun Maştağa qəsəbəsində yağıntı sularının kənarlaşdırılması üçün qəzalı vəziyyətdə olan köhnə təxliyə xətti bərpa edilib.Aparılan operativ təmir işləri nəticəsində xəttin 18 metrlik hissəsi tam bərpa olunub. Görülən tədbirlər sayəsində ərazidə toplanan yağış sularının nasos vasitəsilə həmin xətt üzərindən kənarlaşdırılması təmin ediləcək.
