Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Maştağada yağış sularının kənarlaşdırılması üçün 18 metrlik xətt təmir olundu - VİDEO

Maştağada yağış sularının kənarlaşdırılması üçün 18 metrlik xətt təmir olundu - VİDEO

Maştağada yağış sularının kənarlaşdırılması üçün 18 metrlik xətt təmir olundu - VİDEO
2026-04-05 , 15:00

Sabunçu rayonunun Maştağa qəsəbəsində yağıntı sularının kənarlaşdırılması üçün qəzalı vəziyyətdə olan köhnə təxliyə xətti bərpa edilib.

Teleqraf xəbər verir ki, Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları Rövşən Salmanov küçəsində apardıqları yoxlama zamanı qurumun balansında olmayan, lakin istismara yararsız vəziyyətdə olan qəzalı təxliyə xəttini aşkar ediblər.
Aparılan operativ təmir işləri nəticəsində xəttin 18 metrlik hissəsi tam bərpa olunub. Görülən tədbirlər sayəsində ərazidə toplanan yağış sularının nasos vasitəsilə həmin xətt üzərindən kənarlaşdırılması təmin ediləcək.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.