Ekoloq: “Elə bil kimsə Azərbaycanın üzərinə duş tutub, yuxarıda buludların üstündə bir kişi oturub, yağıntı işlərinə o baxır”
“Baş verən yağıntılar 30-40 ilin dəyişilmə tendensiyasıdır. Dövrlülük qanunu var. Kainatı iki qanun, hərəkət və dövrlülük qanunu idarə edir. Bakıdakı yağıntı möcüzəvi yağışdır. Yağış yağır, bir qram da külək yoxdur. Elə bil, kimsə yuxarıdan Azərbaycana, Bakının üzərinə duş tutub. … Bakıda neçə ildir belə küləksiz, abırlı yağış görmürdüm. Sakit, fasiləsiz və eyni temp, miqdarla yağır. Həmişə köndələn yağıb. Elə bil hansısa bulud başımızın üstündə dayanıb. Ona görə də təbiətlə zarafat etmək olmaz. Təbiətin öz qanunları var. Bu qədər yağıntı iqlim şəraitinə uyğun deyil. Son 2-3 il ərzində rütubətlilik çoxalıb, qar ehtiyatı da çoxdur. Naxçıvan kimi quraq regionuna əvvəlki illərlə müqayisədə 40 faizdən artıq yağıntı düşüb. Bu da göstərir ki, quraqlıq dövründən növbəti yağıntılı dövrə keçirik. Bu da qəfil deyil, tədricən olur. Yəqin, növbəti 30-50 ildə rütubətli dövr gələcək, xəzəl qalxacaq, qar, çovğun olacaq”.
Bu sözləri Pravda.az-a açıqlamasında ekoloq Ənvər Əliyev bildirib. O bildirib ki, hava iqliminin dəyişməsi müharibələrin atmosferə vurduğu zərərlə bağlı deyil: “İqlim şəraitinin dəyişməsinin müharibə ilə əlaqəsi yoxdur. Müharibəni edənlər qələt edirlər, yuxarıda buludların üstündə bir kişi oturub, yağıntı işlərinə o baxır. Hər müharibə edən iqlimi dəyişdirə bilsəydi, onda o dövrdə Hitlerdən ağıllı adam yox idi… Təsəvvür edin, müharibə dövründə insanlar aclıq çəkmədi. Quraqlıq çox qorxuludur. Quraqlıq olan zaman aclıq olur. Biz onsuz da o tendensiyanı keçmişik. Burada ümumi qanunauyğunluq da var. Bir də əlahiddə qanunlar olur. Hazırkı Bakı şəhərində baş verən yağıntıların yağma tendensiyaları, miqdarı Bakı üçün qeyri-adi haldır. Bu qədər yağıntı təbiətə, eləcə də quraqlıq sahələrinə olduqca qiymətli təbii hədiyyədir. Əvvəllər deyirdik ki, ən çox yağıntı yazın sonu yayın əvvəllərində olurdu. Bu qədər yağıntılar olmurdu. Ola bilsin, bundan sonra da yağıntılarımız olacaq. Bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı üçün çox gözəl hədiyyələr gözlnilir. Ola bilər, halqa kimi davam edərək növbəti illərdə də yağıntıların miqdarı artsın. Çox güclü qar ehtiyatımız da var”.
Ə. Əliyev qeyd edib ki, ən böyük problemlərdən biri yerüstü su ehtiyatlarından səmərəli istifadə olunmamasıdır: “Məsələn, bir ildə yağan yağıntılar çaylara, kəndlərə, camaata ziyan vura-vura gedirsə, bu, düzgün deyil. Vaxtilə müvafiq institut 44 su anbarı üzrə, xüsusilə də Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında yerləşən çayların suyunun su anbarlarında toplanaraq gələcəkdə istifadəsi ilə bağlı kifayət qədər elmi işlər aparıb. Amma təəssüf bunun nəticələrindən istifadə etmirik. Elə hay salırıq ki, quraqlıqdır, su çatışmır. Gərək suyu yığıb saxlayasan. İstəyərdik ki, hər il Azərbaycanda daşqın, selli, sulu çaylarımızın üstündə su anbarları yavaş-yavaş inşa edilsin, su anbarlarının da suyundan tədricən bütöv sahələrdə, məişətdən başlamış suvarmağa qədər istifadə edilsin. Ağsu çay üzərində su anbarının tikintisi barədə rəy var, yəqin, tikiləcək. Eyni zamanda, 1957-ci ildə həmin rayon ərazisində tikilən “Cavanşir” gölünün (su anbarı) suyundan istifadə üçün təmizlənməli və o da əvvəlki həcmi qədər su ilə təmin olunmalıdır. Nəticədə çoxlu quraqlıq çəkən ərazilərdə su ehtiyatlarından səmərəli istifadə etməklə kifayət qədər təsərrüfat, məişət, heyvandarlığımızda xeyli etibarlı təminatımız olar. Təsəvvür edin bir il böyük ərazini suvara biləcək su anbarının suyu adi çayda sel kimi axıb gedir. Halbuki müxtəlif sahələrdə istifadə edə bilərik. Əgər normal texnologiya ilə su anbarlarını tikib vətəndaşların istifadəsinə versək, Azərbaycanda su problemi ola bilməz”.
Ekoloq vurğulayıb ki, güclü yağıntılar nəticəsində sürüşmələr, eyni zamanda müxtəlif əlavə problemlər də yarana bilir: “Yağıntıların müsbət xüsusiyyəti ilə yanaşı problemli tərəfləri də var. Azərbaycan sürətlə infrastruktur layihələrinə qoşulub. Həm turizm, həm də yol infrastrukturu sahəsində çoxlu işlər görülür. Burada da təbii ki, bəzi hallarda texniki baxımından səhvlərimiz olur. Dağ yamaclarımızın dayanıqlılığı müəyyən qədər itirilir, nəticədə sürüşmələr baş verir. Bu antropogen təsir nəticəsində olan sürüşmələrdir ki, bunun da çoxlu fəsadları olur. Ağsu aşırımında olan sürüşmənin artıq bu kimi hadisələrin başlanğıcı kimi ola bilər. Təəssüf olsun ki, orada da normal texniki vəziyyətlərdən istifadə edilməyib. Tökmə torpaqlardır. Su axınları müxtəlif yollarla gərək uzaqlaşdırıla ki, su dayanıb müəyyən hissəni yumasın. Antropogen səhvlərdən belə hadisələr baş verir. Balakəndən Şamaxıya qədər olan ərazilərdə də bəzən görürsən ki, bu və ya digər səbəblərdən böyük meşə örtüyü olan ərazilərimiz qırılıb. Meşə örtüyünün bir problemi var. Üst qatı iri, hündür torpaqlardır, onun nəticəsində də yağan yağıntı aşağı qata keçir və oradakı gil hissələri yuyaraq təxminən 25-35 sm dərinliyində gil qatı yaradır. Yığılma nəticəsində o ərazilərdə gilin miqdarı 70-80 faizə qədər qalxır. Yağıntılar nəticəsində də sürüşmələr baş verir. Bilirsiniz ki, dağlıq ərazidəyik, seysmik zonadır. Azərbaycanda minlərlə silkələnmələr olur. Zəlzələ desələr də, onlar zəlzələ deyil, əhalinin çoxu hiss etmir. Nəticədə də sürüşmələrə rəvac verir və artır. Bu isə külli miqdarda zərər vurur. Belə güclü yağıntılar baş verən ərazilərdə istər şəhər, istərsə də rayon mühitində belə problemlər yaradırlar. Tikinti işlərinin aparıldığı və sürüşmələrin çox olduğu ərazilərdə dayanıqlığı itirən yerlər güclü materiallarla möhkəmləndirilməlidir ki, problem yaranmasın. Son günlər baş verən güclü yağıntılar, yəqin, müəyyən problemlər yaradacaq. Ona görə, çalışılmalıdır ki, belə təbiət hadisələrinin qarşısı müasir texnologiyalar vasitəsilə alınsın”.

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Bakıdakı paraddan tarixi görüntülər – Fotolar
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Xalq artistinin oğlu: “Həkim səhlənkarlığı ucbatından atamı itirdim”
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib, Prezident çıxış edib - YENİLƏNDİ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55