Sərnişin avtobus sürücüsünü boğub

Sərnişin avtobus sürücüsünü boğub Qazaxıstanda sərnişin onun tələbi ilə dayanmayan avtobus sürücüsünü boğub. Petropavlovskda sərnişin yanlış yerdə dayanmaq istəməyən sürücüyə hücum çəkib.
Məlumata görə, həmin şəxs müəyyən edilməmiş yerdə avtovusu saxlamağı xahiş edib. Sürücü imtina etdiyi üçün sərnişin onun boğazından tutub və huşunu itirənə qədər boğub.
Bundan başqa, avtobusdan düşən zaman o, digər sərnişini bir neçə dəfə təpikləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni araşdırırlar.



Geri qayıt