Yenilik.Az
www.Yenilik.Az » Dünya » Sərnişin avtobus sürücüsünü boğub

Sərnişin avtobus sürücüsünü boğub

Sərnişin avtobus sürücüsünü boğub
2023-04-10 , 04:22

Qazaxıstanda sərnişin onun tələbi ilə dayanmayan avtobus sürücüsünü boğub. Petropavlovskda sərnişin yanlış yerdə dayanmaq istəməyən sürücüyə hücum çəkib.

Məlumata görə, həmin şəxs müəyyən edilməmiş yerdə avtovusu saxlamağı xahiş edib. Sürücü imtina etdiyi üçün sərnişin onun boğazından tutub və huşunu itirənə qədər boğub.
Bundan başqa, avtobusdan düşən zaman o, digər sərnişini bir neçə dəfə təpikləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni araşdırırlar.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.