İsveçrə bankı 2020-ci ilə qədər nasistlərə xidmət göstərib

“Credit Suisse” hüquq müdafiəçilərinin bankı İkinci Dünya Müharibəsindən sonra nasistlər üçün hesablar açmaqda ittiham etməsinin ardından daxili araşdırmaya başlayıb. İstintaq müstəqil ombudsmanın nəzarəti altında bankın təyin etdiyi firma tərəfindən aparılıb, lakin o, audit zamanı izahat verilmədən kənarlaşdırılıb.
“Aldığımız məlumat onu göstərir ki, bank [istintaqda] lazımsız dərəcədə sərt və dar məhdudiyyətlər qoyub və audit zamanı aşkar edilmiş yeni sübutları araşdırmaqdan imtina edib”, - Büdcə Komitəsinin üzvü Çak Qrassli bildirib.
Onun sözlərinə görə, bank yeni araşdırma aparmağa razılaşıb.