Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsveçrə bankı 2020-ci ilə qədər nasistlərə xidmət göstərib

İsveçrə bankı 2020-ci ilə qədər nasistlərə xidmət göstərib

İsveçrə bankı 2020-ci ilə qədər nasistlərə xidmət göstərib
2023-04-20 , 08:16

İsveçrənin “Credit Suisse” bankında nasistlərə məxsus və ya onlarla əlaqəli əvvəllər məlum olmayan 100-dən çox hesab haqqında məlumat tapılıb.

ABŞ Senatının Büdcə Komitəsinin bəyanatında deyilir ki, bu hesablardan bəziləri 2020-ci ilə qədər fəaliyyət göstərib.
“Credit Suisse” hüquq müdafiəçilərinin bankı İkinci Dünya Müharibəsindən sonra nasistlər üçün hesablar açmaqda ittiham etməsinin ardından daxili araşdırmaya başlayıb. İstintaq müstəqil ombudsmanın nəzarəti altında bankın təyin etdiyi firma tərəfindən aparılıb, lakin o, audit zamanı izahat verilmədən kənarlaşdırılıb.
“Aldığımız məlumat onu göstərir ki, bank [istintaqda] lazımsız dərəcədə sərt və dar məhdudiyyətlər qoyub və audit zamanı aşkar edilmiş yeni sübutları araşdırmaqdan imtina edib”, - Büdcə Komitəsinin üzvü Çak Qrassli bildirib.
Onun sözlərinə görə, bank yeni araşdırma aparmağa razılaşıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.