İranda neft sənayesində çalışan işçilərə daha bir böyük şirkətin fəhlələri qoşuldular

Qeyd edək ki, İranda neft-kimya, neft və mədən sənayesində çalışan işçilər maaşlarının artırılmamasına etiraz olaraq artıq dördüncü gündür ki, tətil keçirirlər.
Aksiyalara ölkənin hər yerindən, o cümlədən Əsəluyə, Kəngan, Dehluran, Gəçsaran şəhristanı, Lurdigan, Şiraz, Kerman, Cask, İzə, Yəzd, Bəndər Mahşəhr, Əhvaz, Buşehr, İsfahan və Lavan adasından da işçilər qoşulublar.