İranda neft sənayesində çalışan işçilərə daha bir böyük şirkətin fəhlələri qoşuldular
Bu gün İranın Xuzistan əyalətinin “Şadqan” polad sənayesinin işçiləri də bütün ölkə üzrə davam edən fəhlə etirazlarına qoşulublar.
Qeyd edək ki, İranda neft-kimya, neft və mədən sənayesində çalışan işçilər maaşlarının artırılmamasına etiraz olaraq artıq dördüncü gündür ki, tətil keçirirlər.
Aksiyalara ölkənin hər yerindən, o cümlədən Əsəluyə, Kəngan, Dehluran, Gəçsaran şəhristanı, Lurdigan, Şiraz, Kerman, Cask, İzə, Yəzd, Bəndər Mahşəhr, Əhvaz, Buşehr, İsfahan və Lavan adasından da işçilər qoşulublar.
OXŞAR XƏBƏRLƏR