Ermənistanda nazir qardaşı polisi döymək istədi

“Mən ümumiyyətlə şərh vermirəm, çünki bu, şəxsi xarakter daşıyır və nazirliyin funksiyalarına aidiyyəti yoxdur”, - deyə sözçü bildirib.
Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə Ermənistanda patrul əməkdaşlarının bir sürücünü saxlamağa çalışdığı video yayılıb. Həmin kadrlar başqa avtomobildən lentə alınıb. Videodan sürücünün əslində polislərin qanuni tələbinə tabe olmadığı, hətta onları vurmağa çalışdığı görünüb. Yerli medianın məlumatına görə, həmin sürücü əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın qardaşı Mukuç Mkrtçyan olub.