Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ermənistanda nazir qardaşı polisi döymək istədi

Ermənistanda nazir qardaşı polisi döymək istədi

Ermənistanda nazir qardaşı polisi döymək istədi
2023-07-17 , 19:15

Ermənistanın əmək və sosial məsələlər nazirinin qardaşının polislə əlbəyaxa olması ciddi qalmaqal yaradıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, nazirliyin mətbuat katibi bununla bağlı mətbuata şərh verməkdən boyun qaçırıb.
“Mən ümumiyyətlə şərh vermirəm, çünki bu, şəxsi xarakter daşıyır və nazirliyin funksiyalarına aidiyyəti yoxdur”, - deyə sözçü bildirib.
Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə Ermənistanda patrul əməkdaşlarının bir sürücünü saxlamağa çalışdığı video yayılıb. Həmin kadrlar başqa avtomobildən lentə alınıb. Videodan sürücünün əslində polislərin qanuni tələbinə tabe olmadığı, hətta onları vurmağa çalışdığı görünüb. Yerli medianın məlumatına görə, həmin sürücü əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın qardaşı Mukuç Mkrtçyan olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.